Mehman Səlimovun məhkəməsi davam etdirildi

26.02.2016 - 12:52

mehmanBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə Mehman Səlimovun vəkili vəsatət verib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlar əsassızdır. M.Səlimov N saylı hərbi şəhərcikdə tikintiyə ayrılan vəsaiti mənimsəməyib. Vəkil qeyd edib ki, şəhərcikdə tikintisinin başa çatmaması müdafiə etdiyi şəxsin iradəsindən asılı olmayıb. Tikintidə çalışan 28 fəhlənin heç biri dindirilməyib. Vəkilin iş üzrə tikinti ekspertizası və mühafizə ekspertizası ilə bağlı vəsatəti təmin olunmayıb.

Məhkəmə prosesi martın 4-dək təxirə salınıb.

Qeyd edək ki, 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=55663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728