Anar Məmmədov Azərbaycandan həmişəlik gedib? – Əmisi danışdı

26.02.2016 - 15:44

anar“Anar Məmmədovun Azərbaycanı tərk etməsi haqqında informasiyalar yalandır”.

Bu sözləri Modern.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov deyib. O qeyd edib ki, qardaşı oğlunun ailəsi ilə birlikdə İngiltərəyə getməsi iftiradır.

“Hər bir Azərbaycan vətəndaşının hansısa ölkəyə gedib-gəlmək hüququ var. O da gənc, biznes aləminin mühitini formalaşdıran insan kimi gedib-gəlir, yəni əlaqələri var. Bunu hər hansı böhran və ya Ziya müəllimlə hallandırmaq düzgün deyil. Iqtisadi və maliyyə böhranı bütün dünyada var. Ancaq bu o demək deyil ki, təkcə Anar Məmmədovun rəhbərlik etdiyi şirkətdə böhran yaşanır”.

E.Məmmədov vurğulayıb ki, Anar Məmmədov Azərbaycandan həmişəlik getməyib.

“Kimsə cəmiyyətdə çaşqınlıq salmasın. Hər bir insanın digər ölkəyə gedib-gəlmək hüququ var. Anar Məmmədov Azərbaycan vətəndaşıdır. Heç bir ölkənin vətəndaşlığını qəbul etməyib. Azərbaycan vətəndaşı olaraq ailəsi, balaları ilə istədiyi zaman hansısa ölkəyə gedib-gəlir”.

Qeyd edək ki, bu gün yerli KİV-də Anar Məmmədovun Azərbaycanı həmişəlik tərk edib ailəsi ilə birlikdə İngiltərə köçdüyü barədə xəbər yayılıb.

Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”in rəhbərliyindən istefa verib və hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55716

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930