Ərdoğanın Xocalı Qətliamı ilə bağlı AÇIQLAMASI

27.02.2016 - 12:17

erdoqan2Türkiyə prezidenti Ərdoğan Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı açıqlama yayıb

Ölkə.az xəbər verir ki, pezident Ərdoğan yaydığı açıqlamada, Ermənistan qoşunlarının 24 il əvvəl 26 fevralın 1992-ci ildə Dağlıq Qarabağ bölgəsindəki Xocalıya təşkil etdikləri hücumda 613 Azərbaycanlını uşaq, qadın, yaşlı demədən amansızcasına qətlə yetirildiyini qeyd edib:

“Türkiyə olaraq, Xocalıdakı bu qeyri-insani soyqırımın acısını hər zaman ürəyimizdə hiss edir, Azərbaycanlı qardaşlarımızın ağrılarını paylaşırıq. Xocalı qətliamı, bütün bəşəriyyətin ibrət alması, baş verən faciəyə dair bir vicdan hesabı etməsi lazım olan əhəmiyyətli bir hadisədir. Vicdanımızda ən ağır cəzaya məhkum etdiyimiz bu qətliama beynəlxalq cəmiyyətin də lazım olan həssaslığı göstərməsini gözləyirik. Azərbaycan torpaqlarının 20%-i hələ də Ermənistanın işğalı altındadır. Bir milyondan çox Azərbaycanlı qardaşımız öz yurdundan didərgin edilmiş vəziyyətdədir. Ermənistanın 25 ilə yaxın bir müddətdir işğal etdiyi Azərbaycan torpaqlarından bir an əvvəl çıxması istiqamətindəki çağırışımızı bu vəsilə ilə bir daha təkrar edirik. Hər zaman olduğu kimi bu haqq işdə Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Xocalı qətliamında həyatını itirən Azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, kədərli ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”

Short URL: http://www.cumhuriyyet.net/?p=55757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930