Prezident Məşvərət Şurasının iclasında

29.02.2016 - 12:07

ilham-eliyevBu gün Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir.

Toplantıda prezident İlham Əliyev də iştirak edir.

Toplantıya Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri qatılıb.

İclas üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq.

Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=55832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930