Donald Trampın mafiya ilə əlaqələri var – İDDİA

29.02.2016 - 13:16

trampABŞ prezidentliyinə namizəd Donald Trampın mafiya ilə əlaqəsi üzə çıxıb.

Cümhuriyyət.az ölkə.az-a istinadən bildirir ki, respublikaçı Ted Kruz sensasion bəyanatla çıxış edərək milyarder namizədin mafiya qruplaşmaları ilə əlaqəsinin olduğunu iddia edib.

“Mediada Trampın mafiya ilə əlaqəsi haqda çoxlu sayda məlumatlar dərc olunub. Ona görə də bu şəxsin vergi sənədlərinin ciddi yoxlanması lazımdır”, – deyə senator bildirib.

Xatırladırıq ki, ABŞ-ın aparacı media orqanlarında yer alan məlumatlarda Donald Trampın şirkətinin “Şişman” ləqəbli məşhur mafiozi Toni Salernoya məxsus S&A Constructrion şirkəti ilə əlaqəsindən ətraflı danışılmışdı. Hazırda Toni Salernonun cinayətkar təşkilat yaratmaq üstündə həbsdə olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728