Misir Mərdanov Ombudsmanın ittihamlarına reaksiya verdi

29.02.2016 - 14:46

misir-merdanovOmbudsmanın illik hesabatında təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılarkən bəzi məsələlər ortaya çıxıb.

Qeyd olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir.

Hətta hesabatda o da bildirilib ki, ABU rəhbərliyinin tələbələri aldatmasından Təhsil Nazirliyinin də xəbəri olub.

ABU-nun fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanovla əlaqə saxladıq.

Keçmiş nazir açıqlamasında yazılanlardan xəbəri olduğunu dedi. Bununla belə, o, mətbuatda yazılanlarla bağlı açıqlama verməyəcəyini də bildirdi.

“Belə mövzularla bağlı mənə müraciət etməyin. Mən bu cür məsələlərə cavab vermək istəmirəm. Ümumiyyətlə, bu iddialar haqqında danışmaq istəmirəm”.

Xatırladaq ki, ABU 2010-cu ildə bağlanıb. (Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=55862

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728