Mikayıl Cabbarov və Şahin Mustafayev də “NAZ” alır

29.02.2016 - 15:08

mikayil“Azərenerji” ASC, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi “NAZ-Lifan” avtomobilləri almaq üçün sifariş verib.

Bunu AzVision.az-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

Zavod direktorunun sözlərinə görə, prezidentin məlum çıxışından sonra dövlət qurumlarından onlara edilən müraciətlərin sayı çoxalıb.

Qeyd edilib ki, bundan öncə Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol” və Dövlət Neft Şirkəti “NAZ-Lifan” avtomobilləri alıb.

M.Abdullayevin sözlərinə görə, sifarişlər artdığından Çindən yeni modellərin alınması ilə bağlı razlıq əldə edilib.

“Bu yaxınlarda Çinə səfərimiz zamanı yeni model avtomobillərin alınması ilə bağlı razılıq əldə edildi. Onlar bizə 8 yeni model təklif etdilər, biz isə 3 model bəyəndik. Bəyəndiyimiz modelləri almaq üçün sifariş vermişik”.

M.Abdullayev bildirib ki, sifariş etdikləri üç modeldən biri təcili yardım avtomobili olacaq: “Təcili yardım avtomobilləri Səhiyyə Nazirliyinin istək və razılığına əsasən ölkəyə gətiriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55869

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728