Gürcüstanın müdafiə naziri seçkini saxtalaşdırmaqda ittiham olundu

01.03.2016 - 14:32

tinatin“Kim məni sorğu-sual etmək istəyirsə, buyursun”.

Gürcüstan KİV xəbər verir ki, bunu ölkənin müdafiə naziri Tinatin Xidaşeli 2015-ci ilin oktyabrında Kaxetiya bölgəsinin Saqareco rayonunda parlamentə boş qalan yerə keçirilən seçkidə saxtalaşdırmada iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

“Fikrimcə, artıq nə lazımdırsa, hamısını demişəm. Sənədlər də üzdədir. Başa düşmək istəyən anlayacaq. Kim istəyir, qoy, məni sorğu-sual etsin. Hara istəyirlər gedərəm. İstədikləri sənədləri təqdim edərəm”, – deyə Xidaşeli vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş Prokuruluğu məsələyə dair ötən həftə “vəzifə səlahiyyətlərini aşmaq” maddəsi ilə cinayət işi açıb.

Buna səbəb isə hakim “Gürcü arzusu” koalisiyasının deputatı Qoqi Topadzenin müdafiə naziri Tinatin Xidaşelini Saqarecoda keçirilən seçkinin saxtalaşdırmaq ittihamı etməsi olub. Deputat iddia edib ki, nazir səsvermə prosesində administrativ vasitələrdən yararlanaraq, seçkinin nəticəsinə təsir göstərib.

Qoqi Topadzenin ittihamı koalisiya üzvləri arasında etirazla qarşılanıb. Baş nazir Georgi Kvirikaşvili onun ittihamlarını “qəbuledilməz” adlandırıb. Deputatın koalisiyadan çıxarılacağı gözlənilir. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=56054

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728