Azərbaycanlı nazirlərin adı Amerika Kəşfiyyat İdarəsinin SİYAHISINDA

01.03.2016 - 15:22

ciaDünyanın bir çox ölkəsində güclü agentura şəbəkəsi yaradan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ – ingiliscə CİA) beynəlxalq siyasətdə aparıcı rola malikdir.

Heç təsadüfü deyil ki, dünya güclərinin qlobal arenadakı perspektiv siyasəti həm də kəşfiyyatların hesabatlarına əsaslanır.

Bu mənada ABŞ-ın sözügedən kəşfiyyat idarəsi özünəməxsus çəkiyə və rola malikdir.

Maraqlıdır ki, dünyanın hər yerinə şaxələnən MKİ öz saytında xarici dövlətlərin hökumətini təmsil edən şəxslərin də adını yerləşdirib.

Modern.az xəbər verir ki, MKİ-nin rəsmi  saytında “Xarici ölkələrin dövlət başçıları və hökumət üzvləri” adlı bölməsində Azərbaycanın ali elitasındakı şəxslərin də adları var.

MKİ-nin məlumatına görə, həftəlik olaraq hökumət üzvlərinin siyahısı yerləşdirilən kataloqlar onlayn rejimdə yenilənir.

Bu siyahı isə informasiya almaq üçün ilkin yardım kimi nəzərdə tutulub.

MKİ-nin saytındakı Azərbaycana aid siyahıda hələlik Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi və rabitə və yüksək texnologiyalar naziri vəzifələri boş göstərilib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bazası əsasında yaradılan  DTX-nın rəisi Mədət Quliyevdir. Əli Abbasov isə prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunduqdan sonra onun yerinə Ramin Quluzadə təyin edilib.

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=56061

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728