Universitetlər birləşdirilməlidir… – Deputatdan təklif

01.03.2016 - 16:36

vahid-ehmedov“Cənab prezidentin tapşırığına əsasən Azərbaycanda özəlləşdirmə ilə bağlı proqram hazırlanır”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Millət vəkili hesab edir ki, strateji əhəmiyyət kəsb etməyən müəssisələr özəlləşdirilməlidir: “Strateji əhəmiyyət kəsb edən şirkətlərin tərkibində elə fəaliyyət növləri var ki, onlar da özəlləşdirilə bilər. Bunlar təmir-tikinti, xidmət və s. sahələri əhatə edir. Bundan əlavə bir sıra səhmdar cəmiyyətlərdə, nazirliklərin tərkibində olan müəyyən xidmət növləri tamamilə özəlləşdirməyə gedə bilər”

Dövlət ali təhsil müəssisələrinin, tibb müəsissələrinin özəlləşdirilməsinə gəlincə, deputat hesab edir ki, onlardan bir çoxları birləşdirilməlidir.

“Bu gün ölkəmizdə o qədər ali təhsil müəssisəsi var ki, oranı bitirən tələbələr iş tapa bilmirlər. Bu təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac var. Həmçinin özəl tibb klinikaları ölkəmizdə həddən artıq çoxdur. Onlarla bağlı müəyyən təbirlər görülməlidir”.

V.Əhmədov “Azərışiq”, “Azəriqaz” və bu kimi dövlət müəssisələrinin özəlləşdirilməsiniə tərəfdar olmadığını deyib: “Onların bir çoxu strateji obyektlərdir. Bu baxımdan strateji obyektlərin özəlləşdirilməsinə meyl etməyə ehtiyac yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56082

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031