Daha bir icra başçısı 200-lə gedir — “AA-001”
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.
Bir müddət əvvəl mətbuatda Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yayılmışdı. İcra hakimiyyəti sonradan Ölkə.az saytına açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.
Avtosfer.az-ın məlumatına görə, bu dəfə fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb.
Düzdür, bu videonu çəkənlər də qayda pozublar. Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində – saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200 km/saat sürətlə hərəkət edir.
Həmin videonu təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=56096