“Ohanyan boşboğazlıq edir” – Müdafiə Nazirliyi

02.03.2016 - 10:47

mnAzərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlüyünü bir daha sübüt edir.

Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həlli ilə bağlı fikirlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

“Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728