Rusiya baş nazirinin müavini Azərbaycana səfərə gəlib

03.03.2016 - 10:55

dmitri-roqozinRusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə silah ixracı ilə əlaqəli mənbələr məlumat verib.
Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiq edib.
“Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!”, — deyə o cümə axşamına keçən gecə öz “Facebook” səhifəsində yazıb.
Nəşrə verilən məlumata görə, Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qəzet yazır ki, Roqozinlə yanaşı Rusiya silahlarının xüsusi ixracatçı şirkəti olan “Rosoboroneksport”, həmçinin Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələri də Bakıya gələcəklər.
Rusiya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Habelə, Roqozinin Azərbaycan baş nazirinin birinci müavini və Rusiya-Azərbaycan hökumətlərarası komissiyası üzrə həmkarı Yaqub Eyyubovla görüşəcəyi istisna olunmur.

Short URL: http://www.cumhuriyyet.net/?p=56370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728