Lavrov: “ABŞ, Avropa İttifaqı və NATO ilə münaqişəyə girmək istəmirik”

03.03.2016 - 17:02

lavrov“Dünyada ciddi dəyişikliklər baş verir. Rusiya nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO ilə münaqişəyə girmək istəyir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya qlobal siyasətdə” jurnalında yazdığı “Rusiya xarici siyasətinin tarixi perspektivləri” adlı məqaləsində bildirib.

S. Lavrovun fikrincə, Atlantik okeandan Sakit okeana qədər vahid iqtisadi və humanitar məkanın yaradılması vacibdir: “Rusiya qərbli tərəfdaşları ilə qarşılıqlı fəaliyyətə açıqdır. Avropalılar özləri Avrasiya İqtisadi Birliyinin Avropa ilə Asiya-Sakit okean regionu arasında inteqrasiya halqası olmasında maraqlıdır”.

Nazir Rusiyanın bir sıra məsələlərdə güzəştə getməyə hazır olduğunu da qeyd edib: “Ukrayna böhranının Minsk razılaşması əsasında nizamlanması daxil olmaqla, bizdən asılı olan məsələlərin həlli üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031