Fazil Mustafadan Əli Kərimli və komandasına sərt sözlər: “varlının fahişəsi, kasıbın da xəstəsi…”

04.03.2016 - 00:55

rrAXCP-REAL təşkilatı arasında gedən “virtual savaşa” millət vəkili Fazil Mustafa da münasibət bildirib. Deputat iki təşkilat arasında gedən söz davasına münasibət bildirərkən cəbhəçilərin hədəfinə tuş gəlib. Əvvəlcə qeyd edək ki, iki gündür facebook-da AXCP və REAL təşkilatının aparıcı üzvlərindən biri olan Natiq Cəfərli arasında əməlli başlı söz davası gedir. Buna səbəb N.Cəfərlinin AXCP sədri Əli Kərimlinin paylaşdığı statusa tənqidi fikir bildirməsi olub.
Əli Kərimli ekspertlərdən birinə istinadən ölkəyə gətirilən quru meyvələrin qiymətini öz profilində paylaşaraq bazardakı satış qiymətləri ilə yüksək fərqin olduğunu qeyd etmişdi. Hətta iddia olunurdu ki, ölkəyə gətirilən qozun qiyməti 75 qəpikdir. İqtisadçı eksper N.Cəfərli də bunun mükünsüzlüyü barədə fikrini bildirmişdi. Bundan sonra AXCP üzvləri N.Cəfərlinin bu fikrinə sərt şəkildə reaksiya verərək onu söz atəşinə tutmuşdular. Bu savaş hələ də davam edir.
Millər vəkili Fazil Mustafa da “virtual savaşa” öz münasibətini bildirib. Deputat Natiq Cəfərlini hakimiyyətə işləməkdə günahlandıran cəbhəçilər və Əli Kərimli barəsində ilginc fikirlər səsləndirib: “REAL təşkilatının təmsilçisi, iqtisadçı Natiq Cəfərli ilə dünyagörüşümüz, proseslərə baxışımız fərqlidir. Bununla belə görüşlərinə hörmət bəslədiyim savadlı iqtisadçıdır. Adam AXCP-nin hamamın yanında yaşadığına görə təmiz sayılan liderinin diletantcasına yazdığı statusa dəqiqləşdirici izahat verib, cavabında bu debil, qaragüruh sürüsü adını qoyublar ki, Natiq Cəfərli hakimiyyətə işləyir. Mən elə bilirdim ki, bunlar əsasən bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə kim ki, nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir.
Ara-sıra onların statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda görürsən ki, “hakimiyyətə işləmək” meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə Natiq Cəfərli, nə İsa Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-ci və 2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını isə bu yaxınlarda YAP iqtidarının təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar.
Açıqlayandan sonra sözün doğrusu bu hakimiyyətlə separat danışıqlar aparmış keçmiş cəbhəçi dostlarımıza bir az simpatiyam artdı. Adamlar o zaman YAP-ın qarşısında əsl vətənpərvər tələb qoyublar: Parlamentdə bizə yer ayırmanıza və Müsavat Partiyasını kənarda qoymanıza bir şərtlə razılıq veririk ki, görüş “Xankəndi” adını daşıyan restoranda keçirilsin. Yəni demək istəyiblər ki, biz hansı əyri işə qol qoysaq da, Qarabağı unuda bilmərik. Bax budur e, vətənpərvərlik nümunəsi. Mandat öz yerində, Qarabağ məsələsində bir addım da geri çəkilmə ola bilməz. Məhz Xankəndində görüş olmalıdır… Ən maraqlısı da budur ki, “hakimiyyətə işləyən” REAL təşkilatının rəhbəri illərdir həbsdədir, hakimiyyətlə savaşan AXCP təşkilatının rəhbərinin illərdir həbs olunmama qarantiyası var… Ona görə də, el arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz. İfadəni üzrlü sayın, yerinə düşdüyünə görə yazmaq məcburiyyətində qaldım…”- deyə deputat bu söhbətə sərt şəkildə reaksiya verib.
F.Mustafanın bu fikrinə AXCP üzvü, Əli Kərimlinin silahdaşı İlham Hüseyn belə münasibət bildirib: “Millətin faciəsi o zaman başladı ki, sizin kimilər millətə vəkillik etdi”.tt
Deputat cəbhəçi gəncin bu fikrinə sərt münasibət bildirərək onu facebook dostluğundan silib: “İndicə AXCP Gənclər Təşkilatının üzvü kimi profilində təqdimat verən İlham Hüseyn adlı birini yazdığı sayğısız statusa görə dostluqdan qovdum. Həqiqətən mənim üçün anlaşılmayan bir cəhət var: ağlı 1993-cü ildə qalan, vücudu 2016-cı ildə olan bu adamlar mənə dost deyillər, hətta düşmən münasibət bəslədiklərini də gizlətmirlər, ancaq hansısa formada dostluğuma daxil olurlar. Onsuz da mənim səhifəm hamı üçün açıqdır, dostlardan başqası şərh yaza bilməsə də, oxuyub öz səhifəsində münasibət bildirmə imkanına hər kəs sahibdir. Mən dost saymadığım kimsənin səhifəsində yer almağı öz şəxsiyyətimə sığışdırmaram. Şəxsiyyətinizə hörmət edirsinizsə, yalandan agent kimi dostluğumda olmanızı özünüzə necə rəva görürsünüz?

Aradabir də tikanlı şərhlər yazaraq bizə qarşı olduqlarını göstərməyə çalışırlar. Dostluq anlayışını hər kəsin bir daha gözdən keçirməsini və dostluğun dəyərini dərk etməyənlərin bizi tərk etməsini tövsiyə edərdim. Mənim kimisə dostluqdan uzaqlaşdırmağım özümə də ağır gəlir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728