Azərbaycanda yeni komitə yaradılır

04.03.2016 - 15:21

rufet-aslanliGələcəkdə Azərbaycanda Maliyyə Sabitliyi Komitəsinin yaradılması planlaşdırılır.

APA xəbər verir ki, bunu Milli Məclisin növbəti plenar iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Komitəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq.

“Bu üç qurum arasında Memorandum imzalanacaq. Artıq bu sənəd də hazırdır”, – deyə R. Aslanlı bildirib.

R. Aslanlı əlavə edib ki, bu gün Milli Məclisin plenar iclasında müzakirə olunan 24 məsələdən ibarət olan paketdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri öz əksini tapıb. İşçi qrupunun rəhbəri Palatanın strukturu və idarə edilməsi ilə funksiyaları açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=56650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728