Azərbaycan Gürcüstana satdığı qazın qiymətini aşağı saldı

04.03.2016 - 15:36

qazAPA xəbər verir ki, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və “SOCAR Gas Export-İmport” şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.

Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.

Short URL: http://www.cumhuriyyet.net/?p=56657

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728