Latviya prezidenti Azərbaycana gəlməkdən imtina etdi

07.03.2016 - 11:10

vayraLatviya prezidenti Raymonds Veyonis Bakıda keçiriləcək IV Qlobal Forumda iştirak etməyəcək.

Report-un diplomatik mənbələrə istinadən məlumatına görə, prezident xəstəliyi səbəbiylə tədbirdə iştirak edə bilməyəcək. Onun əvəzinə foruma Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa gələcək.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkil etdiyi IV Qlobal Forum martın 10-11-də Bakıda keçiriləcək.

Xatırladaq ki, Latviya prezidenti R.Veyonis həkimlərin onda ürək klapanına təsir edən septik infeksiya aşkarlamasından sonra, daha dəqiq desək, yanvarın 18-də xəstəxanaya yerləşdirilib. Yanvarın 20-də ürəyindən təcili əməliyyat olunan prezidentin infeksiya yoluxmuş ürək klapanı protezlə əvəz edilib. R.Veyonis fevralın sonunda xəstəxanadan evə buraxılıb. Onun xəstəliyi səbəbiylə öhdəliklərini yerinə yetirə bilmədiyi dövrdə prezident səlahiyyətlərini Latviya seyminin (parlamentinin) sədri İnara Murnietse icra edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=56839

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930