Azərbaycanda nazirliklə komitə birləşdirilir

07.03.2016 - 11:38

xin“Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayır. Buna yol vermək olmaz”.

Cümhuriyyət.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında deməklə məmur təbəqəsinə ciddi mesajlar verdi. Bununla da prezident bəzi dövlət qurumlarının ləğv olunmasının vaxtının yetişdiyinə işarə etdi.

Qeyd edək ki, ölkə başçısı bu ilin əvvəlində bəzi qurumların ləğvi, birləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncamlar imzalayıb.

Hökumətdəki mənbənin Modern.az saytına bildirdiyinə görə, yaxın günlərdə daha iki qurumun birləşdiriləcəyi gözlənilir. Söhbət Diasporla İş üzrə Dövlət Komitəsilə Xarici İşlər Nazirliyindən (XİN) gedir. Verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi XİN-ə birləşdiriləcək. Yəni komitə ayrıca bir dövlət qurumu kimi deyil, XİN tərkibində idarə statusunda fəaliyyət göstərəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=56848

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728