Bir qrup mühacir ”OYAN” Hərəkatı yaratdı

07.03.2016 - 16:18

oyan“Gəlin ölkəmizi birlikdə quraq” şüarı ilə fəaliyyətə başlayan Hərəkat siyasi partiyalarla əməkdaşlıq etmək niyyətindədir

Martın 6-da Niderland Krallığının Amsterdam şəhərində “OYAN” Siyasi Hərəkatının əsası qoyulub.

Bu barədə Meydan TV-yə hərəkatın təsisçiləri məlumat verib.

Hərəkatın əsas məqsədi cəmiyyəti qısa zaman ərzində təşkilatlandıraraq aktiv siyasi proseslərə cəlb etmək və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır.

Məlumatda bildirilir ki, Hərəkat yalnız idarə heyəti tərəfindən idarə olunur və idarə heyətinə Ataxan Əbilov, Nahid Cəfərov, Rəsul Mürsəlov və Aydın Ramazanov daxildir. İdarə heyətinin fəaliyyətinə Hərəkatın Beyin Mərkəzinə üzv olan və dünyanın müxtəlif yerlərində təhsil almış gənclər dəstək verir. Beyin Mərkəzinin əsas funksiyası Hərəkatın fəaliyyət istiqamətlərini və mübarizə metodlarını müəyyən etmək və bununla bağlı müxtəlif konsepsiyalar hazırlayaraq İdarə Heyətinə təqdim etməkdən ibarətdir.

Hərəkat öz əsas fəaliyyətini cəmiyyəti dəyişiklikliyin vacibliyinə inandırmaq üzərində qurur və bununla bağlı müxtəlif sahələrə dair (təhsil, səhiyyə, vergi, iqtisadi inkişaf, kənd təsərrüfatı, nəqliyyat və s) proqramlar hazırlayaraq cəmiyyətə təqdim etməyi nəzərdə tutur. “Gəlin ölkəmizi birlikdə quraq” şuarı ilə fəaliyyətə başlayan “OYAN”, bütün ölkə əhalisini bu prosesə cəlb etməyi qarşısına məqsəq qoyub.

Hərəkat rejimə qarşı mübarizədə aktiv olan bütün siyasi partiya və hərəkatlarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=56884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728