Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

07.03.2016 - 16:58

snSəhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirliyin mətbuat xidmətindən Report-a verilən xəbərə görə, qurumun Apellyasiya Şurasının ilk iclası keçirilib, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.

Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=56900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728