İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşüb

10.03.2016 - 14:48

ilham-eliyev8Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edildi. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirildi və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulandı.

Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edildi, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728