Yuşşenko: “Dağlıq Qarabağ münaqişəsindən nəticə çıxarılmayıb”

10.03.2016 - 15:10

yussenko“Donbas münaqişəsi Avropada qeyri-sabitliyin sınıq nöqtəsidir. Bu, münaqişənin geosiyasi formatıdır və burada milli səylər, alətlər çatışmazlığı var”.

“Report” xəbər verir ki, bunu IV Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib.

“Avropanın başverənlərə vaxtında cavab verməyi öyrənməsi və cəsur olması çox vacibdir. Biz yerli çağırışlara cavab verməyi öyrənməliyik ki, onlar qlobal səviyyəyə qədər inkişaf etməsin”, – deyə o fikrinə əlavə edib.

Ukrayna keçmiş prezidenti indiyə qədər Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrindən nəticə çıxarılmadığını təəssüflə bildirib. O, fikrini açıq şəkildə tamamlayıb: “Bütün bu münaqişələrin arxasında Rusiyanın dayandığını anlayırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57344

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728