Hacıbala Abutalıbovun səlahiyyətləri azaldılır

15.03.2016 - 13:05

hacibala-abutalibovBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətləri azaldılır.

Aznews.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınacaq: “Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq. Bundan əlavə elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57769

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31