“Azərsu”nun idarə rəisi işdən çıxarıldı
“Azərsu” ASC-nin Bərdə Sukanal idarəsinin rəisi işdən çıxarılıb.
“Report” xəbər verir ki, idarə rəisi Vilayət Zamanov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı “Report”a bildirib ki, idarə rəisi V.Zamanov öz ərizəsi ilə işdən çıxıb: “Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb. İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=57878