Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

16.03.2016 - 13:12

kmKonstitusiya Məhkəməsinə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair çıxardığı qərarların icrasının mümkünlüyünün müəyyənləşdirilməsi ilə bağlı yeni səlahiyyət verilir. Bununla bağlı qanun layihəsi sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Komitə üzvü, qanun layihəsinin müəllifi deputat Rəfael Cəbrayılov APA-ya bildirib ki, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi bir maddədən ibarətdir. Layihə qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsini ehtiva edir və Konstitusiyanın 130-cu maddəsi (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi) istinadən hazırlanıb.

R. Cəbrayılov qeyd edib ki, bu praktika bir sıra dövlətlərdə var və bu, Azərbaycanında konstitsion hüququdur: “Çox təəssüf ki, ilk günlərdə mətbuatda bu layihə olduqca yanlış təqdim olundu. Guya, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina edirik. Tamamilə yanlış təqdimatdır. Biz Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından necə imtina edə bilərik? Bu, mümkün deyil. Bununla bağlı qoşulduğumuz konvensiya var və öhdəlik götürmüşük”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57913

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31