Putin Qarabağda müharibə ilə bağlı Sarkisyana nə deyib?

16.03.2016 - 14:03

putin-sarkisyan“Dağlıq Qarabağda müharibə ehtimalı qalır və Serj Sarkisyanın Moskva səfərində bu məsələ prioritet müzakirə mövzularından biri olub”.

Publika.az xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Aleksandr Skakov çıxış edib.

Onun sözlərinə görə, Sarkisyan Türkiyənin dəstəyi ilə Azərbaycanın Qarabağda müharibəyə başlamasından qorxur: “Rəsmi Bakı bunu gizlətmir və Azərbaycan Prezidenti İlham Əliyev münaqişə ilə bağlı bütün çıxışlarında hərb variantını xüsusi vurğulayır. Təbii ki, Bakının müharibəni indi, yaxud yaxın gələcəkdə edəcəyini dəqiq demək çətindir. Amma bütün hallarda bu ehtimal gündəmdədir və İrəvan maksimum şəkildə müharibədən çəkinir”.

Rusiyalı politoloq hesab edir ki, Sarkisyan-Putin görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı situasiya haqda razılıq əldə olunmayıb.

“Ehtimal ki, Sarkisyan Türkiyə və Azərbaycan qarşısında duruş gətirmək üçün Rusiyadan həm hərbi, həm də iqtisadi olaraq daha çox dəstək istəyib. Lakin müsbət cavab ala bilməyib. Rusiya yəqin ki, Ermənistan və Azərbaycan arasında güc balansı yaratdığını düşünür. Görünür, İrəvan hazırki situasiyadan razı deyil”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57925

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31