Azərbaycanlı general erməni nazir haqda – “İKİ AĞANIN TƏK NÖKƏRİ OLMAQ İSTƏYİR”

16.03.2016 - 15:07

seyran-ohanyanErmənistanın həm Rusiyanın nəzarətindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəal üzvü olması, həm də NATO ilə yaxınlığı siyasi əxlaqsızlıqdan başqa bir şey deyil.

Azər TAс xəbər verir ki, bu fikri keçən həftə Brüsseldə NATO-nun mənzil-qərargahında “28+1” formatında Şimali Atlantika Şurası ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

“Seyran Ohanyan kimdir? Onu yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşür. Qarabağ savaşında dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə ad çıxarmış quldur dəstəsinin başçısı, terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyinə arxalanaraq “dövləti” idarə edən şəxslərdən biridir. Ələ keçirdiyi hakimiyyəti zorla da olsa qoruyub saxlamaq üçün bütün vasitələrdən – yalan, iftira, şantaj, hətta əxlaqsızlıqdan belə çəkinmir. Odur ki, Seyran Ohanyanın, eyni vaxtda KTMT və NATO-nun “qucağına” atılması onun kimi ünsürlər üçün adi haldır. Amma, necə deyərlər, onun “iki ağanın tək nökəri” olması cəhdləri heç bir fayda verməyəcək. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir”, – deyə general-leytenant Y.Aydəmirov qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31