Rafiq Abbasovun qohumu rəis oldu – Kadr dəyişikliyi

16.03.2016 - 15:45

rafiq-abbasovBakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

AzNews.az xəbər verir ki, bir müddət əvvəl sərəncama götürülən idarənin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevin müavini Mürsəl Zeynalovun yerinə təyinat olub.

Belə ki, Texniki Təminat şöbəsinin rəisi Rail Süleymanov yol-patrul xidməti alayının komandirinin müavini vəzifəsinə təyin edilib.

Rail Süleymanovun yerinə isə inspektor kimi çalışan Cabir Hüseynov təyin edilib.

Məlumat üçün bildirək ki, Cabir Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Rafiq Abbasovun bacısı oğludur. O, 2014-cü ildə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb

Short URL: http://www.cumhuriyyet.net/?p=57952

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31