Qarabağa gedən Belçika deputatlarının adı “qara siyahı”ya salınacaq – XİN AÇIQLAMA YAYDI

17.03.2016 - 14:19

xinBelçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvünün adı arzuolunmaz şəxslər siyahısına salınacaq.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Bildirlir ki, martın 15-də Belçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvü Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.

Bu səfər “Avropa ermənilərinin ədalət və demokratiya naminə federasiyası” tərəfindən təşkil edilib və federasiyanın prezidenti Kaspar Karampetyan səfər zamanı onları müşayiət edib.

Qeyd edək ki, bu səfərdə iştirak etmiş regional deputatlar Belçika daxilində və onun hüdudlarından kənarda radikal separatizmi dəstəkləyən baxışlara malikdirlər. Hətta onların bəziləri etnik və dini zəmində nifrəti təşviq edən mövqeləri ilə fərqlənirlər.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək bu şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi gücdən istifadə edərək təcavüzü, ölkəmizin ərazilərinin işğalı və işğal olunmuş torpaqlarda mülki Azərbaycan əhalisinə qarşı törədəilmiş qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma rejimin təşviq olunmasına xidmət edirlər. Bu kimi qeyri-qanuni səfəri həyata keçirərək onlar Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Dövlət Sərhədi haqqında” Qanunlarını və Miqrasiya Məcəlləsini pozublar. Müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaq.

Göründüyü kimi, erməni diaspor dairələri də bu kimi təxribatçı əməllərlə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına maneə olmağa çalışır.

Beynəlxalq hüquq, Belçika və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi ilə ziddiyyət təşkil edən bu əməllər barəsində Belçika Krallığının icraedici və qanunverici orqanlarına etiraz müraciətləri göndəriləcəkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58063

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31