Serj Sərkisyan ABŞ-a gedir, sammitdən xeyli əvvəl…

17.03.2016 - 14:24

sarkisyan2Ermənistan prezidenti Serj Sərkisyan “bir neçə gün sonra” ABŞ-a gedəcəyini deyib.

Virtualaz.org xəbər verir ki, Sərkisyan bu haqda martın 16-da Kiprdə tələbələr və müəllimlər qarşısında çıxışı zamanı bildirib. O, ABŞ-a səfəri zamanı tələbələrlə və erməni diasporunun nümayəndələri ilə görüşəcəyini, bir neçə ştatda, o cümlədən Massaçustes ştatında olacağını, məşhur Massaçustes texnologiya universitetinin erməni alimləri ilə görüşəcəyini deyib.

Xatırladaq ki, Sərkisyan martın sonunda-aprelin əvvəlində Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvət alıb. Belə görünür ki, Sərkisyan erməni diasporu ilə görüşmək üçün səfərini bu sammitdən əvvələ təyin edib. Onun Amerikadakı erməni diasporu ilə təmaslara ehtiyacı var. Çünki Sərkisyan konstitusiya dəyişiklikləri yolu ilə daha uzun müddət hakimiyyətdə qalmaq mexanizmi yaradıb. Bu dəyişikliyə Ermənistanın əsas sponsoru olan diasporun necə yanaşması az əhəmiyyət kəsb etmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58065

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31