Azadlıq partiyası MİK-in növbəti iclası keçirilib- Sədr təyin edildi
Azadlıq partiyasi Mərkəzi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. MİK Azadlıq partiyasının qurultayının 25 sentyabr 2016-cı keçirilməsi barədə qərar qəbul edib.
Bir qisim siyasi məhbusun azad olunmasını müsbət qiymətləndirən MİK heç bir günahı olmayan digər siyasi məhbusların da tezliklə azad olunmasını hakimiyyətdən tələb edib.
MİK hakimiyyətin ölkəni böhrandan çıxarmaq adı altında atdığı addımları doğru hesab etmədiyini, böhranın bütün ağırlığının aztəminatlı təbəqənin üzərinə qoyulması istiqamətində fəaliyyətləri dayandırmağa çağırıb.
MİK kredit borclarının ölkədə ciddi faciələrə səbəb olduğunu, hakimiyyətin bu problemin həlli istiqamətində zəruri addımlar atmağının vacibliyini bildirib.
MİK qardaş Türkiyədə baş verən terror olaylarını qətiyyətlə pisləyib.
İclasda təşkilati məsələlərə baxılıb. Məmməd Məmmədov Azadlıq Partiyası Gənclər Komitrəsinin sədri təyin olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=58272