Nazir müavininin qardaşı görəvdən alınır – Ziya Məmmədov daha bir adamını itirir

23.03.2016 - 12:35

ayaz-esgerovNövbəti kadr islahatlarının hədəflərindən biri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. Bu barədə bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Ayaz Əsgərovu hədəfə şevirən əsas faktor kimi onun barəsində “yuxarılara” davamlı olaraq şikayətlərin ünvanlanması olsa da, burada başçının həmçinin mövqeləri kifayət qədər zəif düşmüş Nəqliyyat Naziri Ziya Məmmədova yaxın fiqur kimi səciyyələndirilməsi də yetərincə əsaslı məqam kimi çıxış etməkdədir.

Xatırladaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun dost-doğma qardaşıdır.

Məlumatlara görə, bayramdan sonra bir neçə icra başçısının də vəzifəsindən azad ediləcəyi gözlənilir ki, onların da sırasında nazir müavininin qardaşının adı ilk sırada gəlməkdədir.
DİA.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=58458

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31