Obamaya çağırış: “Unikal şansdan istifadə et, Əliyevlə Sərkisyanı görüşdür…”

24.03.2016 - 12:01

amdMartın 31-də Vaşinqtonda beynəlxalq nüvə təhlükəsizliyi sammiti işə başlayacaq. Azərbaycan prezidenti İlham Əliyevin də dəvət aldığı bu sammitin açılışını ABŞ prezidenti Barak Obama edəcək. Ermənistan prezidenti Serj Sərkisyan da bu sammitə dəvət alıb və xəbər verildiyi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin müzakirəsi üçün iki dövlət başçısı arasında Vaşinqtonda görüş təşkil etmək üzərində işləyirlər.

Azərbaycanın ABŞ-dakı lobbiçisi olaraq tanınan, “Caspian Group Holding”in direktoru Rob Sübhani “The Washington Times” qəzetində dərc edilmiş məqaləsində prezident Obamaya çağırış edərək nüvə sammitində yaranmış “unikal şansdan” istifadə edərək Azərbaycan və Ermənistan prezidentləri arasında görüş üçün vasitəçilik etməyi təklif edib. Müəllif hesab edir ki, sammitdə İlham Əliyevin və Serj Sərkisyanın iştirakı Qarabağ münaqişəsinin nizamlanması cəhdləri üçün unikal şans yaradır. Rob Sübhani ABŞ-ın bu tarixi rolu üzərinə götürməli olduğunu yazır.

Məqalədə deyilir ki, ABŞ prezidenti Ermənistan və Azərbaycan prezidentləri ilə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan plan üzərində işləməlidir. “Hər iki ölkə sülhün əldə edilməsindən udacaq. Münaqişənin diplomatik yolla həllinə dair amerikalıların təklif edəcəyi plan post-münaqişə mühitində görünməmiş iqtisadi artıma səbəb olacaq. Ermənistanla Azərbaycan arasında ticarət-kommersiya əlaqələrinin bərpası iki ölkənin milyonlarla vətəndaşının həyatına müsbət təsir edəcək”-Rob Sübhani yazır.

“Obama Azərbaycan və Ermənistan prezidentlərini əmin etməlidir ki, ABŞ onlar arxa çevirmir. Münaqişənin həlli iki ölkə xalqlarınn nəhayət sülh içində yaşamasına və qarşılıqlı etimadı möhkəmləndirməsinə, bu narahat regionda nəhayət yaxşı qonşular kimi yaşamasına imkan yaradar”-məqalədə deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31