Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr

24.03.2016 - 12:31

azerbaycan-absAzərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib.

Cümhuriyyət.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, martın 23-də Vaşinqton şəhərində ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş keçirilib.

Görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar müzakirə edilib.

Azərbaycan tərəfdən nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfdən isə ABŞ Müdafiə katibinin nümayəndəsi Maykl Karpenter rəhbərlik edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=58589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31