Putin Obama ilə görüşəcək?
Vladimir Putin və Barak Obama bu ilin sonuna kimi görüşə bilər.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, Rusiya və ABŞ prezidentləri əlaqədədir: “Son vaxtlar bir neçə telefon əlaqəsi olub. Ötən il isə görüş keçirilib. Bu il də bu cür əlaqələr üçün imkan olacaq”.
Amma diplomat ABŞ dövlət katibi Conn Kerrinin Moskvaya səfəri zamanı prezidentlərin görüşü məsələsinin gündəmə gəlmədiyini də söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=58783