İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi

28.03.2016 - 13:06

ilham-eliyevAzərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib.

Cümhuriyyət.az dövlət başçısının saytına istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31