XİN: Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində regional sülh və təhlükəsizliyə təhdiddir

28.03.2016 - 15:21

xinNovruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair ATƏT-in çağırışlarına Ermənistan tərəfindən təxribatçı əks münasibət göstərildi.

Bunu virtualaz.org-a Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik 18 mart 2016-cı il, ATƏT sədrliyinin xüsusi nümayəndəsi və Minsk Qrupunun həmsədrləri isə 21 mart 2016-cı il tarixli birgə bəyanatla çıxış etdilər: “Novruz və Pasxa bayramlarının ruhuna uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin çağırışına Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət reaksiya verildi. Lakin Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu çağırışın ruhuna zidd olaraq təxribatçı əks münasibət ifadə edildi, Ermənistan Xarici İşlər Nazirliyi rəsmiləri tərəfindən isə danışıqlar prosesinin mahiyyətini yenə də təhrif edən hərbi avantüra xarakterli ziddiyyətli açıqlamalar verildi”.

H.Hacıyev qeyd edib ki, eləcə də Ermənistan tərəfindən qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi və ağır atəş vasitələrindən istifadə edərək, atəşkəsin intensiv şəkildə pozulmasına xidmət edən əməllərin törədilməsi davam etdirildi: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən Ermənistan tərəfinin bu qəbildən olan sonuncu təxribatçı əməli 27 mart tarixində baş verib və hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri şəhid olub. Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın əsl məqsədi vəziyyətin qəsdən gərginləşdirilməsi ilə münaqişənin danışıqlar yolu ilə həllinə və qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun dəyişdirilməsinə imkan verməmək, Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir”.

XİN rəsmisi bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq, gərginliyin yaranması və atəşkəsin pozulmasının əsas səbəbidir: “Münaqişənin həllində irəliləyişə nail olmaq və davamlı atəşkəsi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59003

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31