“Qarabağı müharibə alovu bürüyür” – “Beynəlxalq təhlükə – 2016” hesabatı

29.03.2016 - 16:07

qarabaq2Rusiyalı ekspertlərin hazırladığı “Beynəlxalq təhlükə – 2016” hesabatında Dağlıq Qarabağda münaqişənin alovlana biləcəyi ehtimalı irəli sürülür.

Publika.az xəbər verir ki, müxtəlif regionlarda təhlükəli münaqişə ocaqlarının yer aldığı hesabatda Türkiyə-Rusiya münasibətlərinin pisləşməsinin Qarabağda müharibəyə səbəb ola biləcəyi qeyd olunur.

“Ankara və Moskvanın qarşıdurmasından sonra Bakı və İrəvanın müharibə edəcəyinə dair gözləntilər artıb. Belə vəziyyət faktiki olaraq Qarabağda gərginliyin artmasına icazə verir”, – deyə hesabatda qeyd olunur.

Hesabatı şərh edən rusiyalı politoloq Andrey Suşensov da hesab edir ki, 2016-cı ildə Qarabağda partlayış təhlükəsi real görünür.

Onun sözlərinə görə, Suriya və Ukraynadakı böhranlar səbəbindən Qarabağ məsələsi ikinci plana keçdi: “Amma müharibənin hər zaman alovlana biləcəyi ehtimalı azalmadı. Son zamanlar orada atışmalar intensivləşib, artilleriya və iriçaplı silahlardan istifadə olunur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59150

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31