İşdən çıxarılan başçının oğluna vəzifə verildi

30.03.2016 - 15:54

selim-selimovNizami RPİ 25-ci PB-nin baş təhqiqatçısı Səlim Səlimov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Ramil Usubov bir neçə gün öncə əmr imzalayıb.

Qeyd edək ki, S.Səlimov bir neçə il öncə daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşmışdı. Lakin ötən ilin fevralında nazir Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib.

Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini olan Səlim Səlimov müvafiq əmrlə Nizami RPİ 25-ci PB-yə baş təhqiqatçı vəzifəsinə təyin olunub.

Xatırladaq ki, S.Səlimov Laçın rayonunun sabiq icra başçısı Akif Səlimovun oğludur. A.Səlimov 3 mart 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=59330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31