”Biz Vyanada üzərimizə öhdəlik götürməmişik” – VİDEO

18.05.2016 - 10:51
novruz-memmedov“Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik”. Bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Xarici əlaqələr şöbəsi müdirinin sözlərinə görə, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq.
PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə olub:
“Anjey Kasprşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk Qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik”.
Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov deyib ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir.
Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=64373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930