Moskva ən güclü sistemini ermənilərin üzünə açır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dövlətlərarası Komissiyası QLONASS sisteminin imkanlarından birgə istifadəni planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Rusiya Baş nazirinin müavini Dmitri Roqozin paylaşıb.
Qeyd edək ki, QLONASS Amerikanın GPS naviqasiya sisteminin analoqudur. Bu sistem SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə yaradılıb. Hazırda sistemin fəaliyyətinin təmin edilməsi üçün kosmosda 24 peyk fəaliyyət göstərir.
KTMT 1992-ci ildə yaradılıb. Təşkilata hazırda Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Ermənistan və Qırğızıstan daxildir.
Short URL: http://www.cumhuriyyet.net/?p=64699