“İşğal olunmuş 7 rayon azad olunacaq” – amerikalı diplomat tarix açıqladı

21.05.2016 - 12:54

brayza“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşməsi “Madrid prinsipləri”nin reallaşmasına, həmçinin, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasına şərait yaradacaq”.

Publika.az xəbər verir ki, bu barədə Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Vyana görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, Minsk qrupu ciddi döyüş hərəkətlərinin yenilənməsinin qarşısını almağa çalışır: “Apreldə baş verənlər göstərdi ki, münaqişə zonasında genişmiqyaslı müharibə başlaya bilər. Atəşkəs rejiminin möhkəmlənməsindən sonra Minsk qrupu nizama salma istiqamətində aktiv işə başlayacaq”.

M. Brayza qeyd edib ki, bu proses “Madrid prinsipləri”nə əsaslanacaq.

“İşğal olunmuş yeddi rayon azad ediləcək, qaçqınlar doğma yurdlarına qayıdacaq. Dağlıq Qarabağın müvəqqəti hüquqi statusunun müəyyən edilməsi, səsvermə ilə son statusunun təyini təmin ediləcək. Ermənistanı Dağlıq Qarabağa bağlayan dəhliz saxlanılacaq və bölgəyə beynəlxalq sülhməramlıların daxil olması məsələsi gündəmə gələcək”, – deyə diplomat vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=64741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728