Sərkisyan amerikalı muzdluları Qarabağa gətirir – Müharibə hazırlığı

24.05.2016 - 15:43

armenian-legionAmerikada yaşayan erməni muzdlular döyüşmək üçün Qarabağa gəlir.

Publika.az xəbər verir ki, bu fakt “İntellinews” saytının Azərbaycanın işğal olunmuş ərazilərindən hazırladığı reportajda ortaya çıxıb.

Reportajda bildirilir ki, aprel döyüşlərindən sonra xaricdən bir çox erməni bölgəyə gəlib:

“Məsələn, Arutun Aqasarkiyan erməni mənşəli ABŞ vətəndaşıdır. O, Corciya ştatında yaşayır”.

Məqalədə vurğulanır ki, Qarabağa gələnlər arasında Amerika erməni legionunun (American Armenain Legion) üzvləri də var.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası ABŞ-dakı erməni legionu haqda informasiyalar yaymışdı. “Sabah” qəzeti Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştat ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir) yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər.

Bir müddət öncə Rusiyanın “oxitmity” saytının erməni yazarı Vaqram Aqajanyanın qələmə aldığı məqalədə də erməni legionuna dair məlumatlar var idi.

“ABŞ-dakı ermənilərdən təşkil olunan Amerika erməni legionu müxtəlif növ silah növündən atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda beş nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib”, – deyə xəbərdə qeyd olunurdu. (http://publika.az/p/120120). Bu legionda təmsil olunanlar əsas muzdlu əsgərlərdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=64967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728