Azərbaycan prezidenti Türkiyənin yeni baş nazirini təbrik etdi

25.05.2016 - 16:57

ieAzərbaycan prezidenti İlham Əliyev Binəli Yıldırımı Türkiyənin baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib.

Virtualaz.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının sədri seçilməyiniz və Türkiyə baş naziri təyin edilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənib, inkişaf edib və hazırkı ən yüksək səviyyəsinə çatıb. İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcək. Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə sizə uğurlar diləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65128

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728