Səfir: “Rusiya hazırda iqtisadi və siyasi blokadaya alınıb”

30.05.2016 - 12:42

144379_res_01Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, bu gün Rusiyaya heç zaman olmadığı kimi dəstək lazımdır: “Rusiya hazırda iqtisadi və siyasi blokadaya alınıb. Ölkəmizə qarşı əsl informasiya müharibəsi gedir. Azərbaycanda rus diasporu rahatlıq və rifah adasıdır. Azərbaycanda müxtəlif dillərə, o cümlədən rus dilinə hörmət dövlət səviyyəsində dəstəklənir. Rusiya Federasiyası maraqlıdır ki, burada yaşayan rusdilli insanlar öz ölkələrinin loyal vətəndaşları olsunlar, bütün insani potensiallarını tam ortaya qoysunlar, respublikanın bütün sferalarında layiqli yerlərini tutsunlar. Azərbaycanda bunun üçün əlverişli şərait var.

Çox sevindirici haldır ki, dünyanın digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rus diasporu və icması bizi ayırmır, əskinə birləşdirir. Burada soydaşlarımızın siyasi hüququ naminə mübarizə aparmağa ehtiyac yoxdur. Harasa gedib demək lazım deyil ki, onların hanısa problemini həll edək. Burada bu problemlər çox yaxşı şəkildə həll olunur. Eyni dərəcədə Moskva və Bakının da maraqlı olduğu kimi mövcud potensialı, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yönəltmək istiqamətində işləyirik”. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=65495

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728