Erməni deputat əcdadını da Qarabağa çağırır: “Təkcə Samvel yox, Vardan da gəlsə yaxşı olardı…”
Samvel Babayan Qarabağ müharibəsinin veteranı kimi geri qayıdıb və ordunun sıralarına qatılmaq istəyir. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan qondarma “DQR”in keçmiş “müdafiə naziri” Samvel Babayanın Rusiyadan Ermənistana qayıtmasını və Qarabağda fəaliyyətə başlamağa hazırlaşmasını şərh edərkən deyib.
“Təkcə Samvel yox, Vardan Mamikonyan da qayıtsa pis olmazdı”-keçmiş deputat deyib. Vardan Mamikonyan IV əsrin əvvəllərində Sasanilər imperiasına qarşı döyüşmüş erməni sərkərdəsidir.
“Lakin Samvel sehrbaz deyil, o möcüzə yarada bilməz. İndi o, ancaq veterandır. Qoy hamı Ermənistana qayıtsın, 10 milyon erməni qayıtsın”-Azat Arşakyan əlavə edib.
Ermənistan parlamentinin hakim Respublika partiyasından olan indiki deputatı Mkrtıç Minasyan isə deyib ki, Samvel Babayanın öz təcrübəsi ilə vətənə xeyir vermək istəməsində pis heç nə yoxdur. Deputat öz həmkarı, “Yerkrapa” könüllüləri ittifaqının rəhbəri Manvel Qriqoryanın “Samvel Babayan kimdir? Mən 55 gün Qarabağda oldum, elə adam haqda eşitmədim” sözlərinə də münasibət bildirib. “Kimsə deyirsə ki, Samvel Babayanı tanımır, mən belələrini ümumiyyətlə başa düşmürəm. Biz öz qəhrəmanlarımızı qiymətləndirməliyik. Bu gün Samvel vətənə xeyir vermə istəyirsə burada pis heç nə yoxdur. Lakin o da birmənalıdır ki, zaman yeni hərbi texnologiyalar və sair baxımdan dəyişib”-deputat Minasyan bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=65509