Novruz Məmmədov: “Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək”

01.06.2016 - 16:01

novruz-memmedov“Serj Sarkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir ”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.

N.Məmmədov deyib ki, aprel hadisələri zamanı S. Sarkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: “Serj Sarkisyan bütün bunları unudub, belə bir bəyanat verir”.

N.Məmmədov S.Sarkisyanın bundan əvvəl “Bloomberg” dərgisinə müsahibəsində isə hər an müharibəyə başlayacağını söylədiyini xatırladıb: “O, işğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, hər an müharibə ola bilər. Amma prezident gərək xalqının, ölkəsinin taleyini düşünsün, hər şeyi öz maraqlarına qurban verməsin. Serj Sarkisyan isə bunun əksini edir, öz mənafeyi naminə “status-kvo”nu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki həzz alır. Eyni zamanda “Bloomberg”ə müsahibəsində dediyi kimi, hərdən müharibənin başlana biləcəyini də düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sarkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik”.

“Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır. Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb”, – Novruz Məmmədov bildirib.

O deyib ki, Elmar Məmmədyarovun Brüsseldə apardığı görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.

Prezident Administrasiyası rəhbərinin müavini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib: “Serj Sarkisyan yalan, böhtan danışmağa öyrənib, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək”.

N.Məmmədov apreldə 800 hektar deyil, 2500-3000 hektar ərazinin işğaldan azad edildiyini də qeyd edib: “Serj Sarkisyan bu məsələdə də yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65790

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728