Koçaryan: ”Azərbaycan Ordusu bizə çox problem yaşatdı”

01.06.2016 - 16:38

kocaryan“Azərbaycan Ordusunun silahlarının keyfiyyətcə üstün olması sirr deyil. Bunu bilmək başqadır, döyüş meydanında qarşılaşmaq isə başqa”.

Bu barədə erməni KİV-ə müsahibəsində Ermənistanın sabiq prezidenti dördgünlük müharibəni şərh edərkən deyib.

“İroniya ondan ibarətdir ki, KTMT üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə, Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin”.

Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün sərfəli deyil, bu onu vasitəçilər arasında çətin seçim qarşısında qoyur.

“Ən yeni hərbi silahlarla hücuma keçməklə Bakı hərbi balansı pozdu. Bu niyə baş verdi? Bu hadisələrin qarşısını almaq mümkün idimi? Bu suallar uzun müddət müzakirə predmeti olaraq qalacaq.

Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var. Dəlillər kifayət qədər çoxdur. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, qiymətləndirməkdən çəkinirəm”, – deyə Koçaryan əlavə edib.

Onun sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.

“Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər törədir. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecə görmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65813

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930