”Müharibə başlarsa, Gürcüstan nə Ermənistanı dəstəkləyəcək, nə də…” – Gürcü politoloq

01.06.2016 - 16:48

georgi-kanasviliTbilisidə yerləşən “Qafqaz evi” tədqiqatlar mərkəzinin icraçı direktoru Georgi Kanaşvili Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərini şərh edib.

Avropa.info xəbər verir ki, Kanaşvili Ermənistan və Gürcüstanın tamamilə fərqli yollar seçdiyini, lakin hələ də bir-birinə olan marağını itirmədiyini deyib. Aprel müharibəsində Gürcüstanın neytral mövqe tutmasını, verilən rəsmi bəyanatların erməniyönlü mövqedən çox uzaq olması ilə bağlı sualı şərh edən Kanaşvili bunları deyib:

“Müharibə halında Gürcüstan nə Ermənistanı dəstəkləyəcək, nə də Azərbaycanı. Bakıda da, Yerevanda da başa düşürlər ki, Gürcüstan nə bu, nə o biri tərəfi tuta bilməz. Buna səbəb kimi xeyli faktorlar var. Bunlardan biri də Gürcüstanda azərbaycanlı və erməni icmasının yaşamasıdır. Tbilisidə heç kəs istəmir ki, bu icmalar arşında problem yaransın. Bundan əlavə regionda stabilliyi saxlamaq Gürcüstan üçün çox vacibdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65816

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728